BaşlıcaEkonomika

Erməni satıcılar Wildberries-də satış həcmini bir ildə 164% artırdı

2025-ci ilin ilk doqquz ayında (yanvar-sentyabr) Ermənistan satıcılarının Wildberries marketpleysində ixracat həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 164% artıb.

Bu haqda  şirkətin mətbuat xidməti bildirib.

Erməni satıcıların ən çox mal göndərdiyi ölkələr arasında Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan və Gürcüstan başçılıq edir. Belə ki, ixracat:

Rusiyaya – 170%,

Qırğızıstana – 187%,

Özbəkistana – 193%,

Belarusa – 137%,

Gürcüstana və Tacikistana – 2 dəfə artıb.

Kateqoriyalar üzrə ayrıca dinamika qeyd olunub. Ən çox satılan məhsul qruplarına gəlincə, 2025-ci ildə Ermənistan satıcılarının ən populyar ixracat istiqamətləri bunlar olub:

“Gözəllik” (+156%),

“Məişət texnikası” (+199%),

“Qida məhsulları” (+156%),

“Oyun konsolları və oyunlar” (+694%),

“Qab-qacaq və ləvazimatlar” (+204%).

Daha çox göstər
Back to top button