
Rəsmi Yerevan hələ oktyabr ayında təsdiqlədi ki, TRIPP proqramını həyata keçirmək məqsədilə ABŞ tərəfi ilə müzakirələrə başlanılıb.
Rəsmi Yerevan hələ oktyabr ayında təsdiqlədi ki, ABŞ ilə TRIPP proqramının həyata keçirilməsi ilə bağlı danışıqlara başlanılıb. Bu məsələ ilə bağlı ABŞ mütəxəssisləri qrupu da Ermənistana səfər etmişdi.
Ermənistan və ABŞ arasında saziş avqustun 8-də imzalanmışdı. İlkin işlərdən və qiymətləndirmələrdən sonra artıq deyə bilərik ki, proqramın həyata keçirilməsi cədvəli və marşrutları formalaşmaqdadır.
Ermənistan rəhbərliyi bir gün əvvəl TRIPP proqramı ilə bağlı bir neçə yeniliyi elan etdi.
“Tramp yolu” Ermənistan və Azərbaycanın sərhəd delimitaliyasının əvvəlcədən müəyyən edilmiş məntiqini dəyişir
Deyə bilərik ki, “Tramp yolu” Ermənistan və Azərbaycanın sərhəd delimitaliyasının əvvəlcədən müəyyən edilmiş məntiqini dəyişir.
Sərhəd delimitaliyası üzrə Ermənistan komissiyasının sədri, Baş nazir müavini Mher Qriqoryan müəyyən etmişdir ki, prosesdə fövqəladə delimitaliyaya məruz qalacaq sahələr ola bilər.
Baş nazirinin müavini bunu TRIPP-in tikintisi ilə əlaqəli ərazilər haqqında danışarkən demişdir.
“Avqustun 8-də baş verən hadisə dərhal ona gətirib çıxardı ki, infrastrukturun hansı mövqedə yerləşəcəyi və bu mövqedən asılı olaraq hansı sahələri delimitaliyaya məruz qoyacağımız barədə danışıqlar daha konkretləşdi.
Bu, hətta layihə işlərinə başlamaq üçün iş bazasına malik olmaq üçün lazımdır. Burada fövqəladə delimitaliyaya məruz qalacaq sahələr ola bilər ki, buunla da TRIPP-in infrastruktur inkişafına kömək edərik”.
Bu günlərdə Baş nazir Parlamentdə TRIPP layihəsinin yol xəritəsini, təqvimini və ilkin marşrutlarını açıqlamışdı.
TRIPP layihəsi haqqında bu vaxta qədər məlum olanlar bunlardır:
. Dəmir yolu sovet dövründə mövcud olan dəmir yolu xətti boyunca çəkələcək, çünki başqa yerdə tikinti real deyil.
. Qaz kəməri dəmir yolu xəttindən əhəmiyyətli dərəcədə Şimaldan keçəcək.
. Elektrik xətləri də eyni şəkildə Şimaldan keçəcək.
. Çox güman ki, Şərq-Qərb yolları Şimal-Cənub yoluna inteqrasiya olunacaq.
. İnfrastrukturun bir hissəsi Sünikdə, digər hissəsi isə Vayots Dzor bölgəsindən keçə bilər.
. Baş nazir bildirib ki, bütün bunlar sahədə işlər aparılarkən aydınlaşacaq.
“Lakin bütün bunlar, hətta yerin öyrənilməsinin nəticəsi belə, yekun ola bilməz, çünki yerin öyrənilməsindən sonra geoloji tədqiqatlar aparılmalıdır və s.
Geoloji tədqiqatlar göstərə bilər ki, orada axınlar, sürüşmələr və müxtəlif problemlər var. Yəni müxtəlif variantlar müzakirə olunur.
Neft kəməri ilə bağlı nə deyə biləcəyimiz dəqiq deyil, çünki orada da fərqli hesablamalar və investisiya imkanları var. Bunlar eləcə də neftin beynəlxalq qiymətlərindən də asılıdır.
Müəyyən qiymət perspektivləri var ki, bu da investisiya imkanlarını artıra və ya azalda bilər. Bu canlı prosesdir. Amma mən bir şeyi əminliklə deyə bilərəm ki, bu layihə həyata keçiriləcək və özü də çox sürətli templərlə”.
Təsdiq edilmiş təqvimə görə: Bu ilin sonuna qədər TRIPP-in bütün detalları kağız üzərində təsvir ediləcək.
2026-cı ilin birinci yarısında bunlar gərək razılaşdırılsın,ikinci yarısında fgərək tikinti işlərinə başlanılsın.
Ermənistanın Baş naziri prosesdə müəyyən gecikmələrin ola biləcəyini istisna etmir.
“Mənim təcrübəm göstərir ki, belə planlar həmişə müəyyən gecikmələrlə üzləşir. Baxmayaraq ki, biz hələ plan çərçivəsindəyik, amma əslində görürük ki, Prezident Trampın komandası da Yaxın Şərq mövzusu və bir neçə digər vacib mövzular üzərində işləyir və bu insanlar eləcə də obyektiv olaylar baxımından digər məsələlərlə də məşğul olurlar.
Biz hər şeyi edəcəyik ki, bu təqvim düzgün işləsin. Amma vaxt gələcək ki,yenə soruşacaqlar, razılaşdırdınız yoxsa yox?
Əgər birdən bir həftə, iki həftə geciksək, yenə səs-küy olacaq. Mən bilirəm ki, planlar həmişə bir qədər yayınır, amma ümumi yanaşma budur”.
TRIPP proqramı ilə bağlı tərəflər ümumi anlayışa malikdirlər
Baş nazir deyir ki, TRIPP proqramı ilə bağlı tərəflər ümumi anlayışa malikdirlər. Sərhəd delimitaliyası üzrə Ermənistan komissiyasının sədri, Baş nazir müavini Mher Qriqoryan da Azərbaycan həmkarı Şahin Mustafayevlə əməkdaşlıqdan razıdır.
O, deyir ki, Şahin Mustafayevlə daimi işgüzar əlaqələri var. Son görüşdə onlar Ermənistanın cənubuna və Azərbaycanın ərazisinə səfər etmişdilər. Bu əsasən TRIPP proqramı ilə bağlı olub.
“Lakin ayrıca, bundan asılı olmayaraq, biz prosesimizi davam etdirəcəyik. Əlbəttə, birbaşa prosesin davamı ilə bağlı işgüzar əlaqələr var. Bu anda daha artıq bir şey deyə bilmərəm. Hesab edirəm ki, əlaqələr konstruktivdir və bir müddət sonra növbəti görüş haqqında məlumat yayımlaya biləcəyik”.
Bu ilin yanvarın 16-da keçirilən görüşün nəticələrinə görə tərəflər razılığa gəlmişdilər ki, dövlət sərhədinin delimitaliyası üzrə kompleks işlər Şimal hissədən – Ermənistan, Azərbaycan və Gürcüstanın sərhədlərinin kəsişmə nöqtəsindən başlasın və Cənub istiqamətində – Şimaldan Cənuba qədər Ermənistan Respublikası və Azərbaycan Respublikasının İranla sərhədinə qədər davam etsin. Əvvəlcədən müəyyən edilmiş bu ardıcıllıq əslində müəyyən mərhələdə dəyişəcək.
Anklavlar məsələsi və təhlükəsizlik narahatlıqları
Sərhəd delimitaliyası prosesi ilə Ermənistan tərəfi həm də işğal olunmuş ərazilərin qaytarılması gözləntilərini bağlayır.
Lakin cəmiyyətdə belə gözləntilər formalaşdıqda, müxalifət anklavlar haqqında danışıqların təhlükəli olduğunu bildirir və qeyd edir ki, Ermənistan və Azərbaycanın anklav-eksklav əraziləri strateji əhəmiyyət baxımından ekvivalent deyil.
Onlar iddia edirlər ki, Artsvaşen Azərbaycan üçün strateji mövqe və əhəmiyyət daşımır, halbuki eyni şeyi Ermənistanda “Azərbaycan anklavları” adlandırılanlar haqqında deyə bilməzlər. “Birlik qanadları” siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyan xəbərdarlıq edir:
“Əgər nəticədə ölkənin təhlükəsizlik sistemi pozulursa, heç bir beynəlxalq delimitaliya qanuni deyil. Əgər insanların həyatı birbaşa mümkünsüzlüyə çevrilirsə, bu heç bir beynəlxalq standarta uyğun deyil, icazəverilməzdir”.
Parlamentin sədr müavini Ruben Rubinyan öz növbəsində ER Konstitusiyasına istinad edir:
“ Əziz xalqım, Artsvaşen bizim ərazimizdir, başa düşürsünüzmü? Mən Konstitusiyadan çıxış edərək Artsvaşenin qaytarılmasının zəruriliyi haqqında danışmağa borcluyam, çünki bu bizim ərazimizdir, bizim öz ərazilərimiz haqqında danışmaya bilmərik. Qeyd edim ki, Artsvaşen, Cermuk hissəsindəki ərazilər barədə, Syünikdə hissələr var, Tavuşda hissələr var”.
Parlamentin sədr müavini iddia edir ki, bu məsələlər delimitaliya prosesinin sonunda hərtərəfli şəkildə müzakirə olunacaq.
O, “seçkilərə qədər” müddətini real hesab etmir, çünki delimitaliyadan sonra sənədlərin və müqavilələrin imzalanması və təsdiqi üçün vaxt lazımdır.
Ermənistan və Azərbaycan arasında ərazilərin mübadiləsi məsələsinin müzakirəsi çərçivəsində referendum tələbi də yarana bilər.







