BaşlıcaSiyasət

Ermənistanın ərazi bütövlüyü İran üçün mühüm əhəmiyyət kəsb edir: Səfir

Hər bir ölkə ərazilər və milli kimliklə bağlı tarixi reallıqları tanımalıdır və biz Ermənistana qarşı hər hansı iddiaya qarşıyıq. Ermənistanın ərazi bütövlüyü İran üçün həyati və həlledici əhəmiyyət kəsb edir. Bu barədə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqolami Yerevan Dövlət Universitetində keçirilən tədbir zamanı bəyan edib.

O, əlavə edib ki, Cənubi Qafqazda sülh və sabitlik İranın ən mühüm maraqları sırasındadır. Onun sözlərinə görə, İranın regiondakı strategiyası və prioritetləri sülh, sabitlik və inkişafı təmin etməkdir.

“Biz regionda inteqrasiya proseslərini dəstəkləyirik. Hesab edirik ki, regiondan kənar dövlətlər regionda öz töhfələrini verə və qanuni maraqlar güdə bilsələr də, inteqrasiya, inkişaf və sülhün hərəkətverici qüvvələri məhz region ölkələri olmalıdır” – deyə Şirqolami əlavə edib.

O qeyd edib ki, Ermənistan, Azərbaycan, Gürcüstan, İran və Türkiyə sülh prosesinə, eləcə də bu region ölkələrinin iqtisadi rifahı və tərəqqisinə müsbət töhfə verə bilərlər.

Səfir aydınlıq gətirib ki, digər ölkələr də region ölkələrinin maraqlarına uyğun gəlməyən təhlükəsizlik, hərbi və ya geosiyasi məqsədlər güdmədikləri təqdirdə müsbət rol oynaya bilərlər.

Şirqolami İranın bu istiqamətdə mühüm rol oynamağa hazır olduğunu bildirərək xatırladıb ki, Tehran bütün bu məsələlərlə bağlı Ermənistan hökuməti ilə səmərəli dialoq aparır.

Daha çox göstər
Back to top button