Ermənistan-Çin Müdafiə Nazirliklərinin 2017-ci ilin əməkdaşlıq proqramı imzalanıb

Aprelin 11-14-də işgüzar səfəri ilə Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının beynəlxalq hərbi əməkdaşlıq idarəsinin sədri, kontr-admiral Guan Yufeyin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Respublikasında olub.
Bu haqda ER Müdafiə Nazirliyinin mətbuat xidmətindən məluamt verilib.
Səfər ərzində Çin Xalq Respublikasının nümayəndə heyətini ER Silahlı Qüvvələrinin Baş qərargahı, gneral-leytenant Movses Hakobyan, müdafiə nazirinin müavini, Hərbi Sənayə Dövlət Komitəsinin sədri Davit Paxçanyan və MN-nin Müdafiə Siyasəti İdarəsinin sədri Levon Ayvazyan qəbul edib.
Rəsmi görüşlər çərçivəsində müdafiə sahəsində Ermənistan-Çin əməkdaşlığın cari mərhələləri və inkişaf perpektivləri, beynəlxalq və regional təhlükəsizlik məsələlər, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, bir sıra qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi barədə razılaşmalar əldə edilib.
Səfər sonunda Çin Xalq Respublikasının yüksək səviyyəli nümayəndə heyətini Ermənistan Respublikasında ÇXR-nın fövqəladə və səlahiyyətli səfiri Tyan Erlyunun müşayiəti ilə Ermənistan Respublikasının müdafiə naziri Vigen Sargsyan qəbul etdi. Görüş zamanı tərəflər danışıqların nəticələrini və əldə olunmuş razılaşmaları müzakirə ediblər.
Ermənistan Respublikasının müdafiə naziri iki ölkə arasındakı yüksək saviyyəli siyasi əlaqələri yüksək qiymətləndirərək, nazir tərəflər arasında əməkdaşlığın genişləndirlməsi və yeni sahələrə cəlb olunmasının əhəmiyyətini vurğuladı.
Görüş sonunda MN-nin Müdafiə Siyasəti İdarəsinin sədri Levon Ayvazyan və kontr-admiral Guan Yufey Ermənistan-Çin Müdafiə nazirliklərinin 2017-ci ilin əməkdaşlıq porqramını imzalayıblar.






