BaşlıcaSiyasət

C-400 sistemləri məsələsi həll olunarsa, ABŞ Türkiyəni F-35 proqramına qaytarmağa hazırdır: Nuland

Ankaranın Rusiyadan aldığı C-400 zenit-raket kompleksləri məsələsi həll olunarsa, ABŞ Türkiyəni beşinci nəsil Amerika F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır. Bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland CNN Türk telekanalına müsahibəsində deyib.

Türkiyə 2019-cu ildə Rusiyanın C-400 sistemlərini aldıqdan sonra F-35 proqramından çıxarılıb.

Bundan əvvəl ABŞ prezidentinin administrasiyası Konqresdən F-16 qırıcılarının Türkiyəyə satışına razılıq verilməsini xahiş etmişdi. Bu, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya etdikdən dərhal sonra baş verib.

Daha çox göstər
Back to top button