Təhlil

Obama və Klinton Əliyevdən hansı hədiyyələr aldı?

Politoloq Suren Sargsyan öz facebook səhifəsində yazır: “Yarım kiloqram qara kürü və “Azərbaycan muğamı” H. Klintona və ya Azərbaycanlılar ABŞ rəhbərlərinə nələr hədiyə edir? ABŞ rəsmiləri bahalı hədiyyələr aldığı zaman bəyannamə doldurmalıdırlar. Bəyannamədə hədiyənin növü və dəyəri qeyd olunur. Mən də təbii fürsətdən istifadə edərək amerikalıların azərbaycanlılardan hansı hədiyələr aldığını araşdırdım. Məsələn, Azərbaycanın ABŞ-dakı səfiri E. Süleymanov 2013-cü ildə ABŞ prezidenti Obamaya Azərbaycan xalçası hədiyə edib. Xalçanın qiyməti 6500 dollar idi. Mişel Obamaya isə, Azərbaycan eşarpı hədiyə edib. Eşarpın qiyməti 450 dollar təşkil edirdi.

2012-ci ildə İlham Əliyev Obamaya “Tolerantlıq ölkəsi Azərbaycan” və “Azərbaycan Qarabağının xalçaları” adlı kitabları hədiyə edib. Bunların qiyməti 550 dollardır. 2012-ci ildə Əliyev Obamaya 940 dollarlıq çay stəkanları hədiyə edib. Hilari Klintona isə, Azərbaycan muğamlarının CD-si və yarım kiloqram qara kürü veriblər. 2013-cü ildə Əliyev dövlət katibi Klintona “Azərbaycan Şuşası” adlı Azərbaycan xalçası, qızıl suya batırılmış gümüş stəkanları və “Azərbaycan tolerantlıq ölkəsi” kitabı hədiyə edib. Bundan başqa, Bakı vernisajından 500 dollarlıq Hilari Kolinton portresi verilib. Eyni ildə səfir Sulyemanov Klinotna 500 dollar dəyərində qara kürü hədiyə edib. Eynisindən Filip Gordona və Viktoria Nulanda verilib”.

Daha çox göstər
Back to top button