İdman
Mxitaryan postsovet məkanında ən yaxşısıdır

Moskvanın “Spartak” və Rusiya komandasının müdafiəçisi Georgi Jikia Ermənistan komandası və “Mançestr Yunayted”-in yarımmüdafiəçisi Henrix Mxitaryan barədə heyranlıqla danışıb.
“Məni Mxitaryanla müqayisə etmək üçün hələ çox tezdir. O, ən yüksək səviyyəli futbolçudur və “Mançestr Yunayted”-də oynayır. Mxitaryan postsovet məkanında ən yaxşısıdır.
SSRİ-də necə olub bilmirəm, amma bu dövr Mxitaryanın dövrudur”- deyə Jika bildirib.
23 yaşlı Jika “Spartak”-da bərkimişdir və Rusiya cari çempionatında 12 görüşdə iştirak etmişdir.







