Bərpa olunan enerjinin inkişafında Ermənistanın böyük təcrübəsi var

ER Enerji və Təbii Sərvətlər naziri Aşot Manukyan MDB elektrik enerjisi şurasının Taşkənddə keçirilən iclasında Ermənistan energetikası inkişafının əsas istiqamətlərini təqdim edib. Nazir Ermənistanda nüvə enerjisinin inkişafı, əsas enerji resursların diversifikasiya və qaz isiticilərinin istehsal səmərəliliyinin atırma məsələlərinə toxunub.
Aşot Manukyan öz çıxışında ölkənin daxili istehlak quruluşunda öz bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin xüsusi çəkisini artırmaq üçün atılacaq addımlar barədə də danışıb. Rusiya İqtisadiyyat Ali məktəbinin Bərpa olunan Enerjinin İnkişaf Mərkəzinin rəhbəri Georgi Yermolenko MDB ölkələrində yenilənən energetikanın inkişaf xəritəsini təqdim edərək qeyd edib ki, Ermənistanın bərpa olunan energetikanın inkişafı və enerji qənaəti sahəsində böyük təcrübəsi var.
İclasda Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Türkmənistan energetika nazirləri, Özbəkistan Baş nazirinin müavini, Səudiyyə Ərəbistanının Enerji, Sənaye və Təbii Sərvətlər naziri, Azərbaycan və Qırğızıstan energetika nazirlərinin müavinləri iştirak ediblər.







