Təhlil

QDİƏT-in PA-da Azərbaycan və Türkiyə kirvəliyi ilə qəbul olunmuş bəyannamə Artsax məsələsinə heç bir təsir göstərə bilməz: E. Şarmazanov

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasında Azərbaycan və Türkiyə kirvəliyi ilə qəbul olunmuş bəyannamə sadəcə anti-erməni deyil, anti-məntiqli və anti-qanunidir. Bunu jurnalistlərə müsahibədə ERP katibi Eduard Şarmazanov Kiyevdə qəbul olun muş bəyannaməyə toxunurkən bildirib.

“Azərbaycan və Türkiyə beynəlxalq hüquqlarının prinsipləriə məhəl qoymayaraq, sadəcə ərazi bütövlüyü prinsipini alaraq bir qərar qəbul ediblər. Bu qəbul sadəcə Ermənistan maraqlarına deyil, mövcud hüquqi bazasına da ziddir”,-deyə ERP katibi qeyd edib.

Bəyannmənin Artsax məsələsinə ola biləcək mümkün təsirinə dair Şarmazanov bir daha da qeyd edib ki, Artsax məsələsi nə Osetiya, nə Abxaziya, nə Krım, nə də Kataloniya ilə əlaqədar deyil.

“Artsax münaqişəsinin öz xüsusi tarixi, xüsusi hüquq əsasları var. Artsax Respublikası və Artsax vətəndaşları öz müstəqilliyini bütün digər keçmiş Sovet İttifaqı üzv dövlətləri, o cümlədən bu gün Aİ üzvü olan 3 dövləti Litva, Estoniya və Latviya kimi eyni qanunvericilik normaları ilə elan ediblər”.

Ərazi bütövlüyüna gəlincə isə, Şarmazanov bildirib ki, bu ilk dəfə deyil ki, həmsədr ölkələrin rəhbərləri və Aİ öz rəsmi mövqelərində xüsusi müddəalar qeyd edirlər. Bu müddəalar ərazi bütövlüyü, güc tətbiq edilməməsi və öz müqəddəratını təyin etmək hüququ. Bütün bu müddəalar bir tam paket prinsipdir və sadəcə bir prinsipin üstünlüyü qəbul edil məzdir.

Daha çox göstər
Back to top button