Hökumətin dəstəyi ilə yüngül sənayedə böyük bir investisiya proqramı həyata keçiriləcəkdir

Hökumət prioritet sahə üzrə investisiya proqramı çərçivəsində texnoloji avadanlıq, onların tərkib hissələri və komponentləri, xammal və materialları idxal gömrük rüsumlarından azadetmə imtiyazlarıyla əlaqədar “ABC tekstil” MMC-nin ərizəni təmin etdi.
Ermənistan Respublikasının İqtisadi inkişaf və investisiya nazirinin səlahiyyətlərinin icraçısı Suren Karayan qeyd etdi ki, şirkət yüngül sənayedə idxal olunan məhsullarından istifadə edəcək.
“Proqram çərçivəsində 10,9 milyard dram dəyərində investisiya qoyulacaq. Nəticədə, orta hesabla 192 min dram orta əmək haqqıyla 175 iş yeri yaradılacaq”,- deyə Suren Karayn qeyd etdi.
Ümumi istehsal həcmi təxminən 23 milyard dram təşkil edəcək. Onların bir hissəsi Ermənistanın ərazisində satılacaq, digər hissəsi 13,3 milyard dram dəyərində məhsul Avrasiya İqtisadi Birliyinə ixrac olunacaq, 6,7 milyard dram dəyərində məhsul isə üçüncü ölkələrə ixrac olunacaq.







