Mədəniyyət
Şarl Aznavurun dünya səyahəti sentyabrda başlayacaq: France-Presse

Məşhur fransalı erməni Şarl Aznavurun konsert turu sentyabrda başlayacaq. TACC-ın verdiyi məlumata görə, bu haqda Agence France-Presse müğənninin nümayəndəsinə istinadla məlumat yayıb.
Daha əvvəl bildirilirdi ki, Aznavur yanvarın 30-da Londonda səhnəyə çıxacaq, lakin həkimlər 94 yaşlı müğənniyə konsertləri təxirə salmağı tövsiyə etdi.
Böyük Britaniyada (30 iyun London), İspaniya (14 mart Marbella), Almaniya (Regensburg və Köln 21 iyul və 4 avqust) və Xorvatiyada (16 avqust Pula) keçiriləcək konsertlər təxirə salınmışdı.
Aznavur öz konsertləri Sidneydən başlayacaq, sonra isə Tokiyo, Osak, Kiyev və Belarusda kosert verəcək. İl sonunda da Fransada konsertləri olacaq.







