ArtsaxBaşlıca

Nikol Paşinyan։ “DQ danışıqlarında nə S. Sarqsyan, nə R. Koçaryan və nə də L. Ter-Petrosyanın düsturlarından istifadə etmək niyyətində deyiləm”

Dağlıq Qarabağ məsələsi Ermənistanın təhlükəsizliyi, ölkəmizin və xalqımız gələcəyi üçün ən vacib məsələsidir. ER Baş nazirinin Administrasiyasından alınan məlumata görə,  bu barədə Nikol Paşinyan Ermənsitanda olan bir qrup jurnalistlərlə görüş ərzində deyib.

“Mən demişəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki,  Dağlıq Qarabağ məsələsinin həlli həm də Azərbaycan xalqı üçün məqbul olmasını bəyan edən ilk erməni lideriyəm. Bunun üçün Ermənistanda məni tənqid etiblər. Onlar deyiblər ki, Ermənsitanın lideri Azərbaycan xalqı üçün niyə narahat olmalıdır. Mən əminəm ki, əgər biz tərəflərdən birinin qələbəsi və ya məğlubiyyəti haqqında deyil, məhz münaqişənin həll yolundan danışırıqsa, davamlı sülh və sabitlik istəyiriksə, biz Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olan həll tapmalıyıq.

Ümidvaram ki, Azərbaycan prezdenti də belə bəyanatla çıxış edəcək.Əgər mən əvvəlcə Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı, sonra isə Azərbaycan xalqı dedim, o da əksini söyləsin. Qoy o desin ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan xalqı, Dağlıq Qaarabağ xalqı, Ermənsitan xalqı üçün məqbul olmalıdır. Əgər o, bunu deyirsə, danışıqlar prosesində  həqiqi bir irəliləyiş əldə etmək şansımızın ola bilər. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mənim düsturum budur, bu isə deməkdir ki, mən nə Serj Sargsyanın, nə Robert Koçatyanın, nə də Levon Ter-Petrosyanın düsturundan istifadə etmək niyyətində deyiləm”-deyə Nikol Paşinyan qeyd etdi.

Bu yanaşmanı bir az deşfire etməyin mümkün olub-olmasına dair sualını Nikol Paşinyan cavabandırdı.

“Mən danışıqlar prosesinin konsepsual əsaslarından danışıram. Əgər mən deyirəm ki, hər hansı bir həll üç xalq üçün məqbul olmaldır, onda belə bir həll istədyimizi söyləmək o qədər də konstruktiv deyildir. Mən Azərbaycan prezidenti və ATƏT-in Minsk qrupunun həmsədrlərini münaqşənin üç tərəfi üçün məqbul olan bir həll üzlərində işləməyi təklif edirəm. Əgər belə hazır variantlar olsaydı,  bu fərqli bir vəziyyət olardı, lakin əgər mən belə deyirsəm, deməli ki bunun üzərində işləməliyik. Bu çox çalışmaqla əldə edilə bilən nəticədir və tərəfdəşlarımızı, dostlarəmızı bunun üzərində işləməyə dəvət edirəm. Mən yalnız Azərbaycan prezidenti deyil, Dağlıq Qarabağın Prezidenti, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərini nəzərdə tutaram.

Daha çox göstər
Back to top button