Beynəlxalq

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb

Mərkəzi ofisi Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) dekabrın 11-də dünyada jurnalistlərin vəziyyəti ilə bağlı hesabatını açıqlayıb.

Amerikaninsesi.org saytına əsasən hesabatın Azərbaycan bölümündə deyilir ki, ölkədə 6 jurnalist həbsdədir.

Onlar Meydan TV-nin əməkdaşı Əfqan Muxtarlı, “Xəbər 44” saytının baş redaktoru Araz Quliyev, “Kənd.info” saytının təsisçisi və baş redaktoru Elçin İsmayıllı, “Reallıq.info” saytının baş redaktoru İkram Rəhimov, “Xebermen” saytının baş redaktoru Polad Aslanov və “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlidir.

Azərbaycan hakimiyyəti isə ölkədə heç bir jurnalistin peşə fəaliyyətinə görə həbs olunmadığını, konkret cinayətə görə cəzalandırıldığını bildirir.

Komitə jurnalistlətin həbsə atılmasına görə Çin, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin liderlik etdiyini bildirir.

2019-cu ildə Çin hökuməti azı 48 jurnalisti həbsə atıb və bu sahədə bütün ölkələrdən önə çıxıb.

Jurnalistləri həbs edən ölkələrin reytinqində Türkiyə 47 jurnalistlə ikinci yerdədir. Ötən il bu ölkədə 68 jurnalist həbs olunmuşdu.

Dünyada həbsdə olan jurnalistlərin 8 faizə yaxını qadınlardır, ötən il bu göstərici 13 faiz idi.

Jurnalistlərin həbs olunmasına əsasən siyasət, insan haqları və korrupsiya mövzuları səbəb olub, qurum bildirir.

Daha çox göstər
Back to top button