BaşlıcaTəhlil

Səhiyyə nazirliyi: “Ermənistanda rapid-testlərin ilk dəstəsi martın 27-də gözlənilir”

Rapid-testlər koronavirusun olması barədə son nəticə çıxara bilməz. Bu haqda  Səhiyyə naziri Arsen Torosyan  parlamentin iclasında  qeyd edib.

Nazirin sözlərinə görə, xəstəlik yeni olduğundan və testlər yeni sintez olunmağa başlandığı üçün xalqın sağlamlığı baxımından nəticənin nə olacağı məlum olmur.

Bununla yanaşı, o qeyd edib ki, Ermənistan  həmin testləri əldə edib və onun nə qədərlə tətbiq oluna biləcəyini öyrənməyə çalışacaq.

“Onları hansı qurumlara tətbiq edəcəyimizi qərar vermək lazımdır. Bunlar nəzarət nöqtələri, ilkin tibbi yardım əlaqələri, poliklinikalar və ya yoluxucu xidmətlər ola bilər”- deyərək Torosyan qeyd edib.

O həmçinin bildirdi ki, rapit-testin ilk partiyası martın 27-də gözlənilir.

Bununla yanaşı, nazir qeyd edib ki, beş saat davam edən laborator testlərinin   aşılanması işləri aparılır.

“Martın 24-də 210 test keçirilib. Tezliklə  testlər Vanadzor və Gümrü üçün də əlçatan olacaq”-deyərək  Torosyan bildirib.

Xatırladaq ki, ER Səhiyyə nazirliyinin məlumatına görə, respublikada 265 koronavirus infeksiyası var və artıq 18 vətəndaş sağalıbdır.

Ölkədə Fövqəladə vəziyyət rejimi aprelin 16-dək təyin olunub.

Daha çox göstər
Back to top button