BaşlıcaSiyasət

Və gülüş və günah: Qarabağ erməniləri “Əliyev Kuklasına” müraciət etdi?

İnfoteka24 yazır ki, “Dağlıq Qarabağın azərbaycanlı icmasının” sədri Tural Gəncəliyev elə bir bəyanat yayıb ki, eyni zamanda həm gülüşə səbəb olur, həm də abırsızlıqla təəccübləndirir, çünki indi söz Azərbaycanda parlament seçkilər zamanı uydurulmuş “Qarabağın virtual sakinlərindən” deyil, real insanların həyatından və sağlamlığından gedir.

Gəncəliyev bildirib guya “Dağlıq Qarabağın erməni icmasının bir sıra üzvləri ona müraciət edərək Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmaniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat verərək Ermənistanın və qanunsuz rejimin koronavirusa (COVID-19) yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər”.

Gəncəliyev koronavirus mövzusunda oynamaq imkanını əldən qaçırmaması üçün təriflənməlidir. Belə bir bəyanatın fikri pis deyil. Gəncəliyev həqiqətən də çox aktiv şəkildə təbliğat prosesinə girib və artıq bir sıra qalmaqallı bəyanatlar və hərəkətlərlə fərqlənmişdir. Bütün səylərinin heç bir siyasi əhəmiyyəti olmasa da, daxili auditoriya üçün məhsuldar bir fiqur kimi görünə bilər.

Ancaq reallığa geri dönək. Birincisi, Artsax Respublikasında siyasətçilərdən başqa Tural Gəncəliyevin kim olduğunu demək olar ki, heç kim bilmir və vətəndaşlar kimsədən kömək istəmək istəsəydilər, azərbaycanlı avantürist Gəncəliyev hətta mümkün “köməkçilər” siyahısına düşməzdi.

İkincisi, Artsaxda bu günədək koronavirusa yoxulma halı qeydə alınmadı, çünki İran və Azərbaycanla sərhədi bağlıdır, bu ölkələrdə isə, epidemioloji vəziyyət ciddi dir. Əgər digər ölkələr öz sərhədlərini bağlayırlarsa, Artsax bu baxımdan heç bir xüsusi tədbir görmədi. Ermənistanla sərhədinə gəlincə də, Yerevan hakimiyyətləri tam zamanda lazımi qərarları aldı və karatin elan etdilər. Buna görə də, Artsaxa gedən yeganə yol həm Ermənistan, həm də Artsax tərəfinin nəzrarət atındadır.

Üçüncüsü isə, hazırda Artsax seçkilərə hazırlaşır və bütün respublikada seçkiqabağı görüşləri və toplantıları keçirilir. Virus isə vətəndaşları dayandırmır. Bu kontekstdə Gəncəliyevin bəyanatı məntiqli görünür. Beləcə “Əliyev Kuklası” beynəlxalq ictimaiyyətdən, həqiqətən demokratik, açıq, səmimi olan və fevralın 9-da Azərbaycandakı kimi virtual məntəqələri, seçiciləri və “karuseli” olmayan seçkilərdən diqqət yayındırmağa çalışıb.

Daha çox göstər
Back to top button