Təhlil

Əliyevi danışıqlara nə vadar edəcək və ya onun bəyanatı kimə ünvanlanıb?

Politoloq, YDU Beynəlxalq Münasibətlər fakültəsinin müəllimi Garik Keryan efirdə çıxışında  Azərbaycan prezidenti İlham Əliyevin Artsax münaqişəsi və Artsaxın statusu ilə bağlı bəyanatına  toxunmuşdur.

Əliyevin  bəyanatı ilk növbədə həmsədrlərə ünvanlanan beynəlxalq ictimaiyyətə s öz-özlüyündə zərbədir, çünki Minsk qrupunun formatı Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdır.

Politoloq Garik Keryan 44 günlük Artsax müharibəsinin ildönümü ilə bağlı Azərbaycan rəhbərinin bəyanatına istinad edərək  jurnalistlə söhbətində belə bir fikir söyləyib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev Artsaxda 44 günlük müharibənin ildönümü ilə bağlı bəyanat verərək, Qarabağ probleminin təzyiqlərə baxmayaraq təkbaşına həll edildiyini qeyd etdi.

Azərbaycan Prezidenti bildirib ki, həmsədrlərdən təkliflər alınmalıdır, amma heç bir təşəbbüs olmadığı üçün Minsk Qrupunun fəaliyyəti haqqında danışmaq yersizdir.

“26 ildir ki, münaqişənin güc tətbiq edilmədən həll edilməsi lazım olduğu elan edildi, ancaq müharibəni başlatmaqla Əliyev, məsələnin həllinin məntiqi prosesini pozan o vacib prinsipi pozdu.

 İndi Əliyev münaqişənin həll olduğunu elan edərkən, bu o deməkdir ki, Artsax xalqının öz müqəddəratını təyin etmə haqqının və Artsaxın statusu məsələsinin necə həll edildiyi ilə bağlı əsas suala cavab verə bilməyəcək bir vəziyyətdədir” – deyərək politoloq  qeyd edib.

Keryanın sözlərinə görə, Əlinin vəziyyətində deyə bilərik ki, oğru  elə bağırdı doğrunun bağrı yarıldı.Yəni Azərbaycan prezidentinin özü də münaqişənin hələ də həll edilmədiyini çox yaxşı başa düşür.

Bu arada bütün beynəlxalq ictimaiyyət məsələyə insan haqları kontekstində baxır, yəni məsələ Artsax xalqının öz müqəddəratını təyin etmək istəyindədir.

“Əgər Artsaxda dövlət administrasiyası və inzibati cəhətdən tabeliyindəki  ərazilərə sahib olmasaydı, əgər təhlükəsizlik baxımından rus sülhməramlıları tərəfindən təmin edilməsəydi, bəlkə də Azərbaycanın problemi həll etdiyini söyləmək olardı.

Halbuki Əliyev o  məqamdan sarsılır ki,  vəziyyət DQ statusuna doğru danışıqlara aparır.

Əliyevin dili uzundur çünki arxasında Türkiyə dayanıb”- deyə politoloq qeyd edib.

Keryanın fikrincə, müharibədən sonra Ermənistanda vəziyyət elədir ki, onun beynəlxalq proseslərdə subyektivliyi kifayət qədər aşağı düşmüşdür.

Onun sözlərinə görə, Ermənistan yenə də həmsədrlərlə, ilk növbədə, yalnız Artsax ermənilərinin deyil, həm də Ermənistan sərhədlərinin təhlükəsizliyini təmin edən Rusiya ilə sıx əməkdaşlıq etməlidir, buna görə də birgə təzyiqlər Əliyevi danışıqlarda masa arxasında oturmağa məcbur edə bilər.

Əlavə etmək lazımdır ki, ER Xarici işlər nazirliyi öz növbəsində bu gün bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli, öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini və ölkənin təhlükəsizliyinin təmin edilməsini nəzərə alaraq Artsaxın statusu haqqında qərar qəbul etməyi nəzərdə tutur.

Daha çox göstər
Back to top button