BaşlıcaSiyasət

Paşinyan: “Azərbaycan bölgəni cəngəlliyə çevirməyə çalışır”

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan vurğulayır ki, Ermənistan Azərbaycanın işğalçı siyasətindən həmin ölkəyə qarşı istifadə etməlidir. Belə bir fikri Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı  jurnalistin sualını cavablandırarkən bildirib.

“Azərbaycan təcavüzkar siyasət aparır. Azərbaycan hər zaman təcavüzkar siyasət aparıb. Bizim vəzifəmiz bütün beynəlxalq rıçaqlardan istifadə etməklə Azərbaycanın işğalçı siyasətini dayandırmaqdır.

Böyük hesabla, son 15 ildə Azərbaycanın siyasətində heç nə dəyişməyib.Müharibədən sonrasa daha aqressivləşdi. Biz ı Azərbaycanın aqressiyasını məhz özünə qarşı  istifadə etməliyik”, – deyə Paşinyan bildirib.

Azərbaycan rəhbərliyinin “Zəngəzura qayıdıblar”, “Zəngəzur onlarındır”, “Ermənistan onlarındır” bəyanatlarına toxunan Paşinyan qeyd edib ki, bütün bunlar beynəlxalq xuliqanlığa oxşayır.

“Azərbaycan regionu cəngəlliyə çevirməyə çalışır. Və biz göstərməliyik ki, bu, Ermənistana, suverenliyə, dövlətçiliyin müstəqilliyinə, demokratiyaya hücumdur.

Demokratiya sammitində mən göstərəcəyəm ki, regionda Azərbaycanın simasında qüvvələr var  hansılar ki, region cəngəlliyə  çevirməyə çalışır.

Azərbaycana qarşı beynəlxalq mexanizmlərdən istifadə edilməlidir” – deyərək  ER Baş naziri əlavə edib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı iddiasının kifayət qədər uğurlu olduğu Haaqa məhkəməsinə getməsinin səbəbi də məhz budur. İndi məhkəmənin ilkin qərarını gözləyirik. Bu məhkəmə prosesi çox vacibdir, münaqişənin həlli baxımından Ermənistan və Artsax üçün yeni dayaq yarada bilər” –  deyərək Nikol Paşinyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button