BaşlıcaSiyasət

“ABŞ Azərbaycan-Ermənistan sülh prosesinə çox dərindən cəlb edilib”: ABŞ-ın ATƏT-dəki səfiri

ABŞ Azərbaycan-Ermənistan sülh prosesinə çox dərindən cəlb edilib və sülh sazişinin bağlanmasında çox güclü şəkildə maraqlıdır.

Bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter bildirib və əlavə edib ki, “ABŞ iki ölkə liderlərini yaxınlaşdırmaq üçün yollar axtarmağa davam edəcək”.

Karpenterin sözlərinə görə, sirr deyil ki, ABŞ və onun Avropa İttifaqı üzrə tərəfdaşları Azərbaycan-Ermənistan sülh prosesi üzərində çox sıx işləyirlər və Yerevanın xahişilə Ermənistan-Azərbaycan sərhədinə müşahidəçilər göndərməklə ATƏT-in potensialından istifadə imkanlarını nəzərdən keçirirlər.

“Məqsədimiz sadədir: biz istərdik ki, sərhəd mümkün qədər tez delimitasiya olunsun, biz istərdik ki, iki tərəf arasında sülh sazişi mümkün qədər tez imzalansın, regiona sülh və sabitlik qayıtsın, bu regionda yaşayan bütün adamların insan hüquqlarına və təhlükəsizliyinə riayət edilsin və biz Cənubi Qafqazın tarixində yeni səhifə aça bilək”, – Karpenter vurğulayıb. 

Daha çox göstər
Back to top button