ArtsaxBaşlıcaSiyasət

Prezident Harutyunyanın Fransada verdiyi bəyanatlar böyük əhəmiyyət kəsb edir: Masis Mayilyan

Artsax Respublikası ərazisinin böyük bir hissəsinin qanunsuz işğalına və törədilmiş hərbi cinayətlərə görə Azərbaycan tərəfi cəzasını hələ də çəkməyib. Cəzasızlıq isə rəsmi Bakının yeni cinayət planlarının yaranmasına səbəb olur, o cümlədən Artsax üzərində tam nəzarətin yaradılması, daha çox etnik təmizləmə və yerli erməni əhalisinə qarşı soyqırım siyasəti. Bunu Artsax Respublikasının xüsusiya tapşırıqları üzrə səfiri, Artsax Respublikasının keçmiş XİN başçısı Masis Mayilyan bildirdi.

“Bakı rejimini cilovlamaq üçün konkret qərarlar qəbul etmək və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Artsax Respublikasına əhatə etməməsi üçün addımlar atmaq lazımdır. Bu baxımdan, Artsax Respublikasının rəsmi nümayəndə heyətinin Fransaya səfəri və prezident Harutyunyanın verdiyi bəyanatlar böyük əhəmiyyət kəsb edir. Səfər zamanı həmçinin qeyd olunub ki, Artsax xalqının öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşmaq və bu hüququn həyata keçirilməsinin nəticələrini tanımaq münaqişənin həlli üçün yeganə yoldur. Bu isə Artsax xalqının təhlükəsizliyinə və hüquqlarına lazımi səviyyədə zəmanət verir”,- deyə Mayilyan vuröuladı.

Daha çox göstər
Back to top button