Başlıcaİdman

Henrix Mxitaryan Ermənistan və erməni adət-ənənələri haqqında

“İnter” futbol klubu “Facebook” səhifəsində klubun futbolçusu, Ermənistan millisinin sabiq yarımmüdafiəçisi Henrix Mxitaryanın Ermənistan və erməni adət-ənənələri haqqında danışdığı videoçarx dərc edib.

Mxitaryan “Hansı ölkədənsən” başlıqlı videoçarxda erməni adət-ənənələrini açıqlayır, sevimli futbolçusu və erməni idmançılarının uğurlarından danışır.

“Hansı erməni filmini bəyənirsiniz” sualına Henrix Mxitaryan erməni soyqırımından bəhs edən “Ana” filmini xüsusi qeyd edib.

Ermənilər necədir? Ermənilərin xüsusiyyətlərini üç sözlə qeyd edən Mxitaryan deyib: “gülərüzlü, mehriban və şən”.

Sonda Henrix ermənicə “İrəli İnter” yazıb.

Daha çox göstər
Back to top button