BaşlıcaSiyasət

Yerasx-Culfa-Meğri-Horadiz marşrutu üzrə rabitənin bərpası istiqamətində qarşılıqlı anlaşma əldə olunub

Ermənistan Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikasının rəhbərləri mayın 25-də Moskvada keçirilmiş görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi məqsədilə iyunun 2-də Rusiya paytaxtında,  Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin həmsədrliyi  üçtərəfli işçi qrupunun 12-ci iclası keçirilmişdir.

Sessiya konstruktiv şəraitdə keçib. Qənaətbəxşdir ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasının təşkili üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyişlər qeydə alınıb.

Xüsusilə, Yeraşx-Culfa-Meğri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili istiqamətində konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Danışıqların nəticələri barədə Ermənistan Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikasının rəhbərlərinə məlumat veriləcək.

Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər.

Daha çox göstər
Back to top button