Ekonomika
2022-ci ildə Ermənistan iqtisadi artımı 12,6 faiz olub

2022-ci ildə Ermənistanın iqtisadi artımı 12,6 faiz təşkil edib. Bunu ER iqtisadiyyat naziri Vahan Kerobyan bildirib.
Onun sözlərinə görə, bu il ölkəmiz iqtisadiyyatı sürətlə irəliləyir, artıq ilk 5 ayda 12,5 faiz artım qeydə alınıb.
“Son beş ildə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyimiz islahatlar öz nəticəsini verməkdədir”, – Kerobyan bildirib.
Ötən il Ermənistanda 12 min şirkət açılıb, onların da bəziləri xarici kapitala malik olub. Nəticədə, ötən il birbaşa xarici investisiyaların həcmi 1 milyard dollar olub.
“İnvestisiyaların həcminə gəlincə, bu, 4,5 milyard dollardır. Bu da ÜDM-in 22 faizini təşkil edir”, – deyə nazir vurğulayıb.







