BaşlıcaEkonomika

Ermənistanda 2023-cü ildə orta əmək haqqı 14,6 faizlə, qiymətlər isə cəmi 2 faizlə artıb: Tunyan

2023-cü ildə bizim iqtisadiyyatımız 8,7 faiz artıb ki, bu da kifayət qədər yüksək göstəricidir və son üç il ərzində (2021-2023-cü illər – red.) ER iqtisadiyyatının real artımı 29,5 faizdir və bu dövrdə orta illik artım 9,8 faiz olub ki, bu da bizim hədəfimizdən yüksəkdir. Bu barədə Parlamentin İqtisadi məsələlər üzrə daimi komisiyasının sədr müavini Babken Tunyan ötən ilin iqtisadi inkişafı və göstəricilərinə toxunaraq Parlamentdə bildirib.

“Keçən ilin məlumatlarına görə, kənd təsərrüfatı istisna olmaqla, demək olar ki, bütün sahələrdə artım var,  kənd təsərrüfatı sahəsində cüzi geriləmə var, lakin əminəm ki, bu göstərici statistik məlumatların tam olmaması ilə bağlıdır” – deyə Tunyan qeyd.

Tunyan inflyasiya ilə bağlı tənqidlərə toxunaraq xatırladıb ki, ötən ildə 12 aylıq dövrdə, yəni 2023-cü ilin Dekabrında əvvəlki ilin Dekabrı ilə müqayisədə bizdə inflyasiya yox, 0,6 faiz bəndi həcmində deflyasiya olub və orta illik inflyasiya isə 2 faiz təşkil edib. Həmin dövrdə Ermənistanda orta əmək haqqı 14,6 faizlə artıb.

Daha çox göstər
Back to top button