Beynəlxalq
Bayden KXDR hərbçilərinin Ukraynada döyüşməsinə toxunub

ABŞ prezidenti Co Bayden Kiyevi KXDR hərbçiləri Ukraynada Rusiya tərəfində döyüşəcəksə, bir şərtlə onları vurmağa çağırıb. Bu barədə Bloomberg yazıb.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Singh bildirib ki, KXDR hakimiyyəti Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiyaya 10 minə yaxın hərbçi göndərib.
“Financial Times” Seuldakı Asan Siyasi Tədqiqatlar İnstitutunun müdafiə üzrə ekspertinin fikrinə əsasən bildirib ki, müharibə zonasına gələn KXDR qoşunları müdafiə əməliyyatları üçün istifadə oluna bilər.






