BaşlıcaSiyasət

AB Ermənistanda yaradılan yeni missiyanın rəhbərini təyin edib

AB Şurası iyunun 9-da Kosmin Corc Dineskunu Ermənistanda Avropa Birliinin yaradılan yeni Tərəfdaşlıq Missiyasının (EUPM Armenia) rəhbəri təyin edib.

O, 2026-cı il iyunun 11-dən ilkin olaraq bir illik mandatla vəzifəsinin icrasına başlayacaq. Qərar AB-nin Siyasi və Təhlükəsizlik Komitəsi tərəfindən qəbul edilib.

Bildirilir ki, EUPM Armenia Ermənistan hakimiyyətinin müraciəti əsasında 2026-cı il aprelin 26-da ölkənin dayanıqlığının və böhranların idarə edilməsi qabiliyyətlərinin təkmilləşdirilməsi məqsədilə ilkin olaraq iki il müddətinə yaradılıb.

Missiya Ermənistana kiberhücumlar, xarici informasiya manipulyasiyası, müdaxilə (FIMI) və qanunsuz maliyyə axınları kimi çoxqatlı təhdidlərlə mübarizədə strateji və operativ məsləhətlər verməklə dəstək olacaq.

Kosmin Dinesku rumıniyalı diplomatdır, səfir rütbəsinə malikdir və beynəlxalq münasibətlər sahəsində 25 ildən çox təcrübəyə malikdir.

O, Litva və Latviyada yüksək diplomatik vəzifələr tutmaqla, həmçinin Xorvatiyada Rumıniyanın səfiri olmaqla geniş rəhbərlik və idarəetmə təcrübəsi qazanıb.

Son vaxtlar o, üç il ərzində Moldovada Avropa İttifaqının Tərəfdaşlıq Missiyasının (EUPM Moldova) ilk rəhbəri kimi xidmət göstərib.

EUPM Armenia Ermənistandakı ikinci mülki missiyadır. O, 2023-cü ildə yaradılmış, məqsədi yerdəki vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən zərər çəkmiş ərazilərdə etimadın möhkəmləndirilməsinə və insan təhlükəsizliyinə töhfə vermək olan AB missiyasından (EUMA) fərqlənir.

Daha çox göstər
Back to top button