
ABŞ Prezidenti Donald Tramp Nikol Paşinyanı Parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
“Truth Social” platformasında yazdığı mesajda Tramp deyib:
“Nikol Paşinyanı Ermənistanın milli seçkilərində qəti qələbə qazanması münasibətilə təbrik edirəm.
Onun yenidən seçilməsini dəstəklədiyim üçün qürur duyuram və əminəm ki, onun rəhbərliyi altında gözəl Ermənistan elə bir böyüklük və elə bir uğur səviyyəsinə çatacaq ki, bu, hər kəsin ən cəsarətli gözləntilərini belə üstələyəcək”.







