BaşlıcaSiyasət

Ermənistanda “Avropa Arxeologiyası Günləri” tədbiri keçiriləcək

İyunun 12-14-də Ermənistanda “Avropa Arxeologiyası Günləri” tədbiri həyata keçiriləcək. Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyindən bildirilib ki, üçgünlük tədbirlər Ermənistanın müxtəlif arxeoloji ərazilərində, qoruq-muzeylərində, muzeylərində və digər mədəni məkanlarda keçiriləcək.

 Tədbirə Ermənistanda arxeologiya ilə məşğul olan bir sıra təşkilatlar qoşulub: Ermənistan EA Arxeologiya və Etnoqrafiya İnstitutu, Tarixi-Mədəni İrs Elmi-Tədqiqat Mərkəzi, Ermənistan Tarix Muzeyi, Lori-Pambak, Dilican, Yeğeqnadzor diyarşünaslıq muzeyləri, Yerevan Tarix Muzeyi. Tədbirlər bütün yaş qrupları və arxeologiya ilə maraqlananlar üçün nəzərdə tutulub.

Ermənistan”Avropa Arxeologiyası Günləri” tədbirində 4-cü ildir iştirak edir.

Tədbir zamanı ictimaiyyətə qazıntı sahələrini, arxeoloji tədqiqat mərkəzlərini ziyarət etməklə arxeologiya sahəsi ilə tanış olmaq imkanı yaradılır.

Arxeoloqlar və arxeoloji tapıntıların bərpaçıları ilə görüşlər təşkil olunur, bir sıra təhsil və maarifləndirici tədbirlər (qazıntılar, sərgilər, kurslar, piyada yürüşləri və s.) keçirilir.

2010-cu ildən Fransa Mədəniyyət Nazirliyi “Avropa Arxeologiyası Günləri” tədbirlərinin əlaqələndirilməsini və təşviqini Profilaktik Arxeoloji Tədqiqatlar Milli İnstitutuna (Inrap) həvalə edib.

Daha çox göstər
Back to top button