
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv dövlətləri Ermənistanın 2 il ərzində Təşkilata üzvlük haqlarını ödəməməsinə görə ölkəyə qarşı nizamnamənin müvafiq maddəsinin tətbiqi məsələsini nəzərdən keçirmək barədə razılığa gəliblər.
Alınan məlumata görə, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov KTMT XİN şurasının iclasının yekunlarını yekunlaşdıraraq bu haqda bəyan edib.
Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-də iştirakını dondurduğunu elan edib və Təşkilatın işində iştirak etmir. Ermənistan 2024-cü və 2025-ci illərdə KTMT-nin üzvlük haqqını ödəməyib.
“İyunun 7-də, məhz Ermənistanda seçkilər günü, həmkarım Ararat Mirzoyan KTMT ilə bağlı suala cavab verərək bildirib:
“Biz üzvlük haqlarını ödəmirik, çünki sadəcə iştirak etmirik”… bu vəziyyətdə nə etməli? Biz – Ermənistanın KTMT büdcəsi qarşısında iki ildən artıq borcu, KTMT Nizamnaməsində nəzərdə tutulmuş vəziyyəti bu gün müzakirə etdik
Və biz bu gün KTMT Nizamnaməsinin müvafiq maddəsini işə salmaq məsələsini müzakirə etmək barədə razılığa gəlibik” – deyə Lavrov bildirib.
KTMT Nizamnaməsinin 25-ci maddəsində üzv dövlətlərdən hər hansı birinin iki il ərzində Təşkilat qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi hallarda nə nəzərdə tutulduğu təsvir edilmişdir.
Qeyd olunur ki, bu vəziyyətdə KTMT Şurası həmin ölkənin vətəndaşlarının Təşkilatda kvota vəzifələri tutmaq hüququnu dayandıracaq, həmçinin onları borc tamamilə ödənilənədək Təşkilatın orqanlarında səsvermə hüququndan məhrum edəcək.







