İdman

Artsaxlı idmançılar mükafatlar qazanıb

Martın 3-4-də Yerevanda ER-nın sambo qadınlar və qızlar çempionatı keçirilib. Orada hemçinin artsaxlı idmançılar iştirak edib. “Artsaxpres”-in müxbiriylə söhbətində Artsax Cüdo Federasiyasının Baş məşqçisi İvan Azizbekyan deyib ki, çempionatda Artsaxdan Sose Balasanyan 52 kq çəki kateqoriyasında qızıl medal və diplom qazanaraq 1-ci yeri tutub.

Məşqçinin sözlərincə, artsaxlı Ruzanna Balasnayan 44 kq çəki kateqoriyasında gümüş medal qazanaraq 2-ci yeri tutub, Ani Amiryan isə 52 kq çəki kategoriyasında bürünc medal qazanaraq 3-cü yerdədir. Bizim həmsöhbətçimiz bildirib ki, ən yaxşı idmançılar Avropa sambo çempionatında iştirak edəcək.

Daha çox göstər
Back to top button