Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü, Birlik bazarının üzvü kimi İranla Aİİ arasında əməkdaşlığın inkişafında mühüm rol oynaya bilər. İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zoxuri noyabrın 24-də Yerevanda ilk “Avrasiya-21” beynəlxalq ticarət və sənaye sərgisinin açılışı münasibətilə çıxışında qeyd edib.
Onun sözlərinə görə, Ermənistan bu baxımdan böyük potensiala malikdir: “İran öz potensialını və imkanlarını nəzərə alaraq, malların ixracının sərbəstiliyi üçün qanunvericilik dəyişikliklərinin həyata keçirilməsi istiqamətində addımlar atır. Aİİ-yə üzv dövlətlər də əməkdaşlıq səviyyəsinin yüksəldilməsindən faydalana bilər”, – səfir bildirib.