Kanada erməni xalqı ilə həmrəy olduğunu bildirir.
Bu barədə Kanadanın xarici işlər naziri Melani Coli erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra Twitter mikrobloqunda yazıb.
“Mən ATƏT-də erməni həmkarımla görüşdüm, Kanadanın erməni xalqı ilə həmrəy olduğunu bildirdim və bir daha qeyd etdim ki, Kanada Ermənistan-Azərbaycan sərhədində erməni hərbçilərin ölümü ilə nəticələnən toqquşmalardan dərin narahatdır”, – Coli vurğulayıb.