Beynəlxalq

Bakıda “Formula -1” yarışları başlayıb

Bu gün Bakıda “Formula-1” Avropa Qran-Pri yarışları başlayıb. Yarışlar Bakının mərkəzində trassda keçirilir. Birinci gün təlim yarışları keçiriilir və pilotlar onlar üçün yeni olan marşrutu öyrənirlər. İyunun 18-də hər biri iki pilot olmaqla 11 komandanın iştirakı ilə təsnifat olacaq. İyunun 19-da ən yaxşı 10 pilot Qran-Pri yarışlarında iştirak edəcək.

Təsnifat və final zamanı pilotlar 6 km.-lik dairəvi marşrut üzrə 20 virajdan ibarət 51 dövrə vuracaqlar. Maksimal sürət saatda 340 km.-dək olacaq.

Bu haqda contact.az məlumatlandırıb.

Yarışlara “Azadlıq” meydanında start veriləcək. Yarış iştirakçıları Puşkin, Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, Əziz Əliyev küçələrində hərəkət edəcəklər. Bolidlər “İçərişəhər”in dar döngəsi boyunca Gənclər Meydanına qalxacaq, oradan İstiqlaliyyət küçəsi ilə qövsvari trayektoriya üzrə irəlilyəcəklər, sonra Niyazi küçəsində eniş ilə Neftçilər prospektinə çıxaraq Dənizkənarı Bulvar boyunca hərəkət edərək başladıqları yerə dönəcəklər.

Yarışlar şəhər sakinləri üçün böyük narahatlıq yaradıb. Belə ki, iyunun 14-20-də yarışların marşrutu və bitişik küçələr üzrə nəqliyyatın hərəkəti dayandırılıb.

Marşrut zonasına daxil olan evlərin sakinləri şəxsi avtomobildə getmək imkanlarından məhrumdur. Piyada getmək üçün bir neçə məhəllə dövrə vurmalıdırlar.

Bakı sakinləri bütün həftə Dənizkənarı Bulvara getmək imkanlarından məhrum olublar. Belə ki, bulvar yarışlara bileti olanların ixtiyarına verilib. Bunlar isə əsasən imkanlı şəxslərdir. Çünki biletin qiyməti 90-590 dollar civarındadır.

İyunun 12-də gənclər və idman naziri Azad Rəhimov bildirib ki, satışdan 2 mln. manat (1,32 mln. dollar) əldə edilib. Biletlərin 70%-ni Azərbaycan vətəndaşları, qalanını əcnəbilər alıblar. Nazirin sözlərinə görə, biletin hamısı satılmayıb.

Bundan öncə mart ayında nazir bildirmişdi ki, bilet satışından 3-4 mln. manatın (1,8-2,5 mln. dollar) əldə ediləcəyi nəzərdə tutulur.

Xərclərə gəlincə, bu, 100 mln. manatı (66 mln. dollar) ötməyəcək. Nazirin sözlərinə görə, birinci il qoyulan xərclər çıxmayacaq, ancaq “gələcəkdə turistlərin cəlb edilməsi hesabına” iqtisadi effekt təmin olunacaq.

Müstəqil ekspertlər Bakıda “Formula-1” yarışlarının keçirilməsinin iqtisadi baxımdan effektiv olacağına şübhə ilə yanaşırlar. Turislərin cəlb edilməsi üçün miqyaslı idman və mədəni tədbirlərin keçirilməsi yetərli deyil. Bundan ötrü vizanı ləğv etmək lazmdır, necə ki, Gürcüstan edib, dəbdəbəli yox, baha olmayan otellərdən ibarət infrastruktur yaratmaq lazımdır.

Bundan əlavə, son illər dünya KİV-də adı ən çox insan hüquqlarının pozulmasına görə çəkilən ölkənin xaricdə imicini yaxşılaşdırmaq lazımdır. Ancaq, görünür, Azad Rəhimovun başqa prioritetləri və məntiqi var.

Daha çox göstər
Back to top button