Beynəlxalq
Ganclik Mall-da çaxnaşma

Çərşənbə axşamı saat 12:00-a yaxın paytaxtdakı Ganclik Mall Ticarət Mərkəzinin yuxarı mərtəbələri alışıb. Şahidlər Turan-a bildiriblər ki, gözlənilmədən binanın yuxarı mərtəbələrindən tüstü gəlməyə başlayıb. Bu, çaxnaşmaya səbəb olub və binada olanlar oranı tərk etməyə başlayıblar. Mühafizə xidməti təcili harasa zəng etməli olub.
Bu haqda Contact.az məlumatlandırıb.
İlkin məlumatlara görə, yuxarı mərtəbədə kabellər alışıb. Orada hələ də tikinti işləri aparılır.
Hələlik FHN insident barədə məlumat verməyib.