Beynəlxalq

MTRŞ ANS-in yayım üçün lisenziyasını aldı

Azərbaycan Milli Teleradio Şurası ANS telekanalının yayım üçün lisenziyadan məhrum edildiyini bildirib. Bu barədə iyulun 19-da saat 13:00-da MTRŞ-nin saytında yerləşdirilən məlumatda bildirilir. Amma mətndə deyilir ki, qərar iyulun 18-də Şuranın iclasında qəbil edilib.

Həmçinin qeyd olunur ki, MTRŞ 18 iyul saat 18:30-dan bir ay müddətinə ANS-in yayımını dayandırıb.

Bu haqda contact.az məlumatlandırıb.

Bu, Baş Prokurorluğun 18 iyul 2016-cı il tarixli müraciəti və “Televiziya və radio yayımı haqqında” qanunun 11, 23, 32-ci maddələrinə uyğun olaraq edilib.

Həmçinin MTRŞ 2013-cü il oktyabrın 25-də ANS-ə verilmiş lisenziyanı geri alıb.

Bugünkü məlumatda bir daha qeyd olunur ki, sözügedən tədbirlər onunla əlaqədardır ki, ANS “terrorizmin təbliği”nə yol verib. Bu, özünü Fətullah Gülənlə müsahibənin anons edilməsində göstərib. MTRŞ Güləni Türkiyədə “dövlət çevrilişinə cəhdin və terrorun təşkilatçısı” adlandırır, “Azərbaycan prezidenti birmənalı olaraq çevriliş cəhdini pisləyir”.

Hadisə yerindən verilən məlumata görə, telekanalın yerləşdiyi məkan – AMEA Zoologiya İnstitutunun binası əhatəyə alınıb, telekanal əməkdaşları içəri buraxılmır.

Daha çox göstər
Back to top button