Beynəlxalq

AŞ baş katibi Pedro Aqramunti deputatların korrupsiya istintaq orqanı yaratmağa çağırıb

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunta məktub göndərərk dərhal istintaq mexanizmləri yaradımağa çağırıb. Bu mexanizmlərlə AŞPA-nın üzvləri ilə bağlı korrupsiya iddiaları araşdırılacaq.

Yaqland Aqramuntə göndərilmiş məktubunda qeyd edir ki, yanvarın 27-də Assambleya Bürosu xarici, müstəqil istintaq orqanın qurulmasına dair memorandumun hazırlanması qərara alınıb. Lakin məktubda qeyd olunduğu kimi, martın 9-dan 10-dək Madiriddə həyata keçirilmiş görüş zamanı büro bu istintaq orqanın yaradılması ilə bağlı razılaşmaya gəlməyib və bu məsələ aprelin 24-də keçiriləcək iclasda müzakirə ediləcək.

“AŞ baş katibi olaraq deputatları araşdırmaq mənim vəzifəm deyil, lakin  Avropa Şurasının qanuni orqanı olan AŞPA İnsan Hüquqları üzrə komissarı, AİHM hakimləri, o cümlədən AŞ baş katibini seçir. Bu çox önəmli funksiyaları nəzərə alaraq, bütün üzvlərin dürüst ilması prioritetdir.

Buna görə də, Sizə müraciyyət edirəm ki, şəxsi nüfuzunuzdan istifadə edərək müstəqil istintaq orqanın yaradılması ilə bağlı qərarın qəbul olunmasını sürətləndirsiniz.”

Yaqland qeyd edir ki, AŞPA yaxında AİHM hakimləri və İnsan Hüquqları üzrə yeni Komissarı seçəcək və bu seçkilər ən yüksək etik standartlara uyğun olaraq olmalıdırlar.

Xatırlataq ki, AŞPA-da bu rüşvət iddiaları Azərbaycan ilə bağlıdırlar. Ən qalmaqallı hadisə isə, italiyalı deputat Luka Volonteylə bağlı olayı idi, hansı ki Azərbaycandan 2,4 milyon avro almışdı ki AŞPA-da Azərbaycan siyasi məhbuslarına dair hesabatı uğursuz olsun və antierməni qətnamələr təqdim edilsinlər.

AŞPA-da korrupsiya skandallarında olan deputatlardan biri isə, Sarsanq su ambarı ilə bağlı hesabat təqdim edən Miltsa Markoviçdir.

“Kürü diplomasiya” hesabatında AŞPA-nın sədri Pedro Aqramuntun, o cümlədən Qarabağ məsələsi ilə bağlı hesabatın müəllifi, britanyalı deputat Robert Uolterin adı da qeyd olunur. Sözügedən hesabat isə, AŞPA-da uğursuzluğa uğramışdı.

Daha çox göstər
Back to top button