Beynəlxalq
Ermənistanda rus pilotları gecə təlimləri keçirib

RF Cənub Hərbi Dairəsinin pilotları zərbə və nəqliyyat helikopterleri ilə Ermənistandakı poliqonununda gecə uçuşları keçirib.
Bu haqda Cənubi Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirdi.
Verilən məlumata görə, Erebuni hərbi aviasiya bazasında zərbə Mİ-24 və “Mi-8MTŞ” nəqliyyat helikoterlerinin şəxsi heyətləri gecə saatlarında təlim uçuşları həyata keçiriblər..
Təlimlərdə uçuş və texniki-mühəndis heyətlərinin 100-dən artıq hərbiçisi və təxminən 50 ədəd xüsusi hərbi və aviasiya texnikası daxil olunub.






