“The Lark Farm” kitabının müəllifi Artsax haqqında kitab yazmaq istəyir

Tufenkiyan fondunun təşəbbüsü ilə Stepanakertin “Armatner” (The Roots) mərkəzində italiyalı erməni məşhur yazar Antoniya Arslan ilə görüş keçirilib. “Artsakhpress”-in verdiyi məlumata görə, Antoniya Arslan görüş üçün çox şad və eyni zamanda həyəcanlı olduğunu deyib.
“Mən, diaspora ermənilər üçün Artsaxın nə qədər əhəmiyyətli olduğunu qeyd etmək istəyirəm. Mən öz yuvasında yaşayan insanları görürəm”,-deyə A. Arslan əlavə edib ki, özü də diaspora ermənidir və vətəndən uzaq olduğu üçün böyük acı yaşayır.
İtaliyalı erməni qeyd edib ki, Artsax haqqında da kitab yazmaq və oraya getmək istəyir. A. Arslan keçdiyi yol və uğurları barədə də danışıb. Xüsusilə də qeyd edib ki, 2007-ci ildə dərc olunmuş və 20 dildən çox tərcümə olunmuş “The Lark Farm” kitabı özü üçün böyük zəfərdir. “The Lark Farm” kitabına əsasən 2007-ci ildə film çəkilib. DQR müstəqilliyinin 26-cı il dünümü münasibətilə AR Prezidentinin fərmanı ilə Antonia Arslan “Vaçagan Barepaşt” medalı ilə təltif edilib.







