Başlıcaİdman

Mxitar Hayrapetyan FİDE-yə müraciət edib: “Azərbaycan tərəfi öz irqçi ritorikasıyla irəliləyərək təzyiq göstərib”

“Mənim addımım” fraksiyasının üzvü,  Parlamentdə Elm, təhsil, mədəniyyət, Spyurk, gənclər və idman üzrə daimi komissiya sədri Mxitar Hayrapetyan Mariya Gevorgyan ilə bağlı vəziyyətə dair  Beynəlxalq Şahmat Federasiyasına məktub ünvanlayıb. O, Ermənistan qadın şahmat komandasının üzvü, Ermənistanın üçqat çempionu Mariya Gevorgyanı qəbul etdiyini açıqlayıb.

Azərbaaycanlı idmançılar tərəfindən  ötən həftə təsvir olunan növbəti ermənilərə nifrətçilik  hadisəsi müzakirə olunub ki, onun da qurbanı Maria olub. Şahmatçı məktubunu Beynəlxalq Şahmat Federasiyasına – FİDE-yə təqdim edib.Məktubun erməni versiyası deputat onun Facebook səhifəsində yayımlanıb.

“Dünən avqustun  19-da  hazırkı Türkiyənin Svaz (tarixi Sebastiya)şəhərində Sivas Buruciye International Open Chess Tournament-A başlanılıb.Orada iştirak etmək üçün Ermənistan qadın şahmat yığma komandasının üzvü, beynəlxalq üçqat çempion Maria Gevorgyan da dəvət almışdır.Bütün şərtləşmələri əldə etdikdən sonra bizim  idmançımızı son anda  yarışın təşkilatçılarından biri  Mustafa Eroğlu məlumatlandırıb ki, azərbaycanlı  idmançılar iştirak etməkdən imtina edərək ultimatum təqdim etmişlər. Eroğlunun sözlərinə görə, azərbaycanlı şahmatçılar bu addımı ona görə atdılar, çünki erməni idmançı turnirdə iştirak etməli idi. Nəticədə, erməni şahmatçı artıq beynəlxalq turnirdə iştirak etməyə imkanı olmayıb.Ona görə ki
, yol xərci və  yerləşmə xərcini dəvət edən tərəf  ödəməli, təmin etməli  idi ki, ondan da  faktiki olaraq imtina edilib.

Beləliklə, bir daha idmanda irqçilik və ermənofobiya ilə olduqca  sərt məhkumedici olayla qarşılaşmalı oluruq. Yalnız üç ay əvvəl ermənisoylu  futbolçu Henrix Mxitaryan, Bakıda kifayət qədər təhlükəsizlik zəmanətini verə bilmədikləri və erməni əsilli azarkeşlərin Azərbaycana girməsinin qarşısının aldığı üçün Avropa Liqasının finalına vəsiqə qazana bilmədi. Vəziyyətin yeganə istisnası yuxarıda göstərilən şahmat turnirinin Azərbaycanda deyil, üçüncü bir ölkədə – Türkiyədə keçirilməsidir və əslində Azərbaycan tərəfi irqçi ritorikasından istifadə edərək orada da faktiki  təzyiq göstərmişdir. Yuxarıda  xatırlananları hesaba almaqla, vəziyyəti öyrənmək və idman ictimaiyyətinə bu barədə cavab vermək üçün Beynəlxalq Şahmat Federasiyasına (FİDE) müraciət edirəm. Qınayan ifadələr, təəssüf ki, artıq idmançımızın turnirdəki iştirakını bərpa edə bilməz və artıq onun mənəvi və psixoloji durumunu üzərinə təsir edib.Bununla yanaşı,  irqçilik və ksenofobiyanın təzahürlərinə bütün bu əməllər  yol aça bilər. Qədim dövrlərdən bəri idman missiyası yalnız bütün millətlərin insanlarını birləşdirmək və həmrəyliyi və barışığı müdafiə etmək olmuşdur.Halbuki İnsan haqları və azadlıqlarının dirçəlişi dövrü olaraq elan olunan 21-ci əsrdə belə bir geriləmə histeriyası ilə qarşılaşmaqda hələ də davam edirik.

Daha çox göstər
Back to top button