İdman

Paşinyan RF ilə ticarət dövriyyəsini 2 milyard dollara çatdırmağı ümid edir

ER Baş naziri Nikol Paşinyan ümid edir ki, bu il Ermənistanın Rusiya Federasiyası ilə ticarət həcmi 2 milyard dollara çatacaq.  Verilən məlumata görə,  Paşinyan bu haqda  noyabrın 11-də Ermənistana rəsmi səfərə gələn Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrov ilə görüşü ərzində   qeyd edib.“Biz ümid  edirik ki, bu il ticarət dövriyyəsi 2 milyard dollara çatacaqdır. Bu olduqca yaxşı nəticədir və bütün bunlar, ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da inkişafı üçün çox yaxşı zəmin yaradır. Əminəm ki, Sizin səfəriniz  müttəfiqlik münasibətlərimiz üçün  yeni bir təkan verəcəkdir. Bu yaxınlarda qeyd etdiyiniz kimi, mən də münasibətlərimizin daha da inkişaf etməsini gözləyirəm”-deyərək  Baş nazir qeyd edib.

Daha çox göstər
Back to top button