BaşlıcaSiyasət

Təhlükəsizlik Şurasının katibi Ermənistanda çevriliş cəhdinin olduğunu bildirdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan cümə axşamı ER hökumətinin iclasından sonra jurnalistlərə çevriliş cəhdləri barədə məlumat verdi.

“Belə adlanan müxalifət  və ya keçmiş hakimiyyət torpedaya cəhd etdi. Onlar həm müxtəlif vasitələrdən, həm də insanlardan istifadə etdilər.  Bir çox insan onları izlədi və bəzi addımlar atmağa çalışdı. Ancaq nəticədə bacara bilmədilər”- deyə o qeyd edib.

Eyni zamanda, Grigoryan ad verməkdən imtina edərək, bütün cəhdlərin qarşısını aldığını və hazırda heç bir təhdid olmadığını qeyd etdi.

Bununla yanaşı, o, bu prosesdə iştirak edən şəxslərin sanksiyalara məruz qaldığını, o cümlədən xidmətdən kənarlaşdırıldığını qeyd edib. O həm də söylədi ki, cinayət işinin başlanmasının zəruriliyi üçün materiallar araşdırılır.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, bu məqsədlə saxta xəbərlər yaymaqdan, hakim siyasi komandanın nümayəndələrinə təhqirdən, torpaqların verilməsi barədə bəyanatların yayılmasından və müxtəlif metodlardan istifadə olunub.

Daha çox göstər
Back to top button