BaşlıcaSiyasət

ABŞ Konqresində təqdim olunmuş yeni qətnamə Azərbaycanı dərhal erməni əsirlərini azad etməyə çağırır

ABŞ Konqresinin Erməni Komitəsi tərəfindən təqdim olunan yeni qətnamə Azərbaycanı 200-dən çox erməni hərbi əsirləri və əsir götürülmüş mülki şəxslərinin dərhal sərbəst buraxılmasına çağırır.

Adam Şİf, Gas Bilirakis, Jaki Speyer, Deyvid G. Valadun və Frenk Palon tərəfindən təqdim olunan qətnamdə Azərbaycan hərbi qüvvələrinin erməni əsirlərinə qarşı pis rəftar etdikləri, onları “fiziki zorakılıq və təhqirlərə” məruz qoyduqları barədə məlumatlar var. Qeyd olunur ki, baş kəsmə, edam və insan qalıqlarının təhqir olunması da olub.

Sənəddə xüsusilə “qadın məhbusların cinsi təcavüzə və digər zorakılığa məruz qalması ilə bağlı narahatlıq” vurğulanır və Dövlət Departamentini “ATƏT-in Minsk Qrupu prosesi də daxil olmaqla, Azərbaycan hakimiyyəti ilə bütün səviyyələrdə əməkdaşlıq etməyə, bütün hərbi əsirlərin və əsir götürülən mülki şəxslərin dərhal sərbəst buraxılmasına dair beynəlxalq öhdəliyin aydınlaşdırmasını” xahiş edilir.

Daha çox göstər
Back to top button