Başlıcaİctimaiyyət

AXCP fəalı Bakıdakı cəzaçəkmə müəssisəsində işgəncə və rüşvət halları olduğunu bildirir

“Penitensiar Xidmətin Bakıdakı 17 saylı cəzaçəkmə müəssisəsində qanunsuzluq hökm sürür. Müəssisənin rəisi hər gün insan hüqüqlarını pozur, işgəncə geniş tətbiq olunur, təzə gələn məhbuslara işgəncə verilir. Hər şeyə görə rüşvət tələb olunur”.

Bu barədə 17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhbus, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Əlizamin Salayevin audiomüraciətində deyilir. 

Salayev deyir ki, səhhəti ağır durumda olmasına baxmayaraq, onun tələbilə yanına həkim gətirilmir. Salayevin sözlərinə görə, məhbuslar ağır şəraitdə yaşamaq ücün çarpışırlar, azad dünyanın onların əzabları barədə xəbərləri yoxdur. O, təcili yardım istəyir.

Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Turan-a bildiriblər ki, cəzaçəkmə müəssisələrində nə rüşvət, nə də işgəncə halları yoxdur.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button