BaşlıcaSiyasət

Rusiyalı ekspert bunun səbəbini açıqlayıb: “İran Ermənistan vasitəsilə Qara dənizə çıxışdan imtina etməyəcək”

İran rəhbərliyinin maraqları ölkənin Şimalında şaxələnmiş əlaqələrin quruluş,u yollarının tikintisi ilə bağlıdır.

Bu haqda jurnalistlə müsahibəsində rusiyalı ekspert, iranoloq Karine Gevorqyan deyib.

O, izah edib ki, İranın  Hind okeanına çıxışı var.Onun Hörmüz boğazına, Süveyş kanalına çıxışı imkanı var, lakin bunlar kifayət qədər riskli marşrutlardır, ona görə də Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya və Azərbaycan vasitəsilə kontinental əlaqə İran üçün çox vacibdir. Bu, İran layihələrinin tərkib hissələrindən biridir.

“Tehran kifayət qədər ardıcıldır işləyir və yalnız Azərbaycan ərazisindən keçən Şimal-Cənub yolunda əlaqə yaratmaq onun üçün sərfəli deyil, çünki bu halda Bakının təsir rıçaqları olacaq.

 Odur ki, İran diversifikasiyadan və Ermənistan, Azərbaycan, Xəzər dənizi vasitəsilə Rusiyaya bir neçə marşrut açmaq istəyindən  imtina etməyəcək”- deyərək Gevorqyan bildirib.

Ekspert İran və Hindistan rəhbərliyi və xarici siyasət fəaliyyəti arasındakı qarşılıqlı əlaqəni vurğulayaraq xatırladıb ki, dekabrın 6-da Putin çox ciddi danışıqlar üçün Nyu-Dehliyə getməlidir.

Danışıqlarda bütün bu kommunikasiya vasitələri müzakirə olunacaq, çünki Hindistan  bunda həmçinin maraqlıdır.

O, qeyd edib ki, bunun fonunda İran və Azərbaycan prezidentlərinin görüşü Aşqabadda İqtisadi əməkdaşlıq təşkilatının sammiti çərçivəsində  keçirilib.

“Görüş oktyabr-noyabr aylarında həm sərhəddə, həm də ölkələr arasında münasibətlərin kəskinləşməsindən sonra baş tutub. “Buna, Azərbaycan rəhbərliyinin ehtiyatlı şəkildə İrana meyllənməsi dəlalət edə  bilər” –  deyə Gevorqyan yekunlaşdırıb.

Şimal-Cənub dəhlizi Ermənistan ərazisiylə Cənubdan Şimala keçir və Gürcüstanın Qara dənizdəki limanlarına, oradan Rusiyaya, MDB ölkələrinə və AB-ə doğru  aparır.

Daha çox göstər
Back to top button