BaşlıcaSiyasət

Ötən il Ermənistan 400 milyon dollardan çox cilalanmış almaz ixrac edib

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan “Armenpress”ə bildirib ki, Ermənistandan cilalanmış almaz ixracının həcmi ildən-ilə artır. 2022-ci ildə 400 milyon dollardan çox almaz ixrac edilib. Onun sözlərinə görə, dünyanın aparıcı almaz şirkətləri Ermənistanda fabriklərin yaradılması ilə bağlı layihələrə başlayıblar və hazırda tamamlanmaq üzrədir.

İxracın həcminə toxunan Kerobyan ötən il Ermənistandan ixracın 77,7 faiz artdığını vurğulayıb. Bu artım bir çox müxtəlif məhsulların ixracı ilə dəstəkləndi. “Müəyyən kateqoriyalar üzrə ardıcıl işimiz artıq çox yaxşı nəticələr verməyə başlayır. Məsələn, almaz sənayesini qeyd etməliyəm. 2020-ci ildə 75 milyon dollar, 2021-ci ildə təxminən 175 milyon dollar, 2022-ci ildə 400 milyon dollardan çox cilalanmış almaz ixracı həyata keçirmişik. Bu il isə biz daha yüksək göstəricilər planlaşdırırıq, çünki ötən il dünya liderlərindən olan bir neçə iri almaz şirkəti Ermənistanda fabriklərin yaradılması üzrə layihələrə başlayıb və hazırda tamamlanmaq üzrədir. Və hesab edirik ki, bu il, məsələn, almaz istehsalı sahəsində gördüyümüz işlər ciddi nəticə verir”.

Nazir bu yeni fabriklərin ilin birinci rübündə istifadəyə veriləcəyini ehtimal hesab edir.

2022-ci ildə zərgərlik məmulatlarının ixracı ilk dəfə olaraq 100 milyon dolları ötüb. Nazirin verdiyi məlumata görə, məhz hökumətin səyləri nəticəsində belə nəticələr var, lakin onlar hələ uzun bir yolun başlanğıcındadırlar.

Daha çox göstər
Back to top button