BaşlıcaMədəniyyətSiyasət

Bakı faktları təhrif etməklə çoxəsrlik erməni mövcudluğunu şübhə altına almağa çalışır: DQQH birliyi

Dağlıq Qarabağ qaçqınlarının hüquqmüdafiə birliyi Azərbaycanın mədəni irsin qorunması, inkişafı və bərpası dövlət xidmətinin rəhbəri Səbinə Hacıyevanın bəyanatına cavab verib.

Dağlıq Qarabağ qaçqınlarının hüquqmüdafiə birliyinin cavab bəyanatında qeyd olunub ki, “Bu günlərdə Azərbaycanın mədəni irsin qorunması, inkişafı və bərpası dövlət xidmətinin rəhbəri Səbinə Hacıyeva bildirib ki, “Dadivankda ermənilər tərəfindən həyata keçirilmiş vandalizm ilə bağlı” dövlət səviyyəsində addımlar atılacaq. Beləliklə, Azərbaycan faktları sadə təhrif etməklə çoxəsrlik erməni mövcudluğunu şübhə altına almağa yenə də cəhd edir.

Lakin böyük sualdır ki, Azərbaycan Dadivankın tikintisi, tarixi dövrün hərbi-siyasi hadisələrindən bəhs edən faktları olan Xaçenin baş knyazı Hasan Vaxtanqyanın 1182-ci ildə məşhur Xaçkarın kitabəsi, Hasan Vaxtanqyanın oğlusu Vaxtanqın həyat yoldaşının yazılması necə ikar edəcək.

Bu daş şəhadətlərin verdiyi məlumatı təhrif etməyin yeganə yolu onların bilavasitə məhv edilməsidir ki, bu da Azərbaycanın qarşısıalınmaz vandalizminə heç də yad olmazdı.

Azərbaycan artıq bir neçə ildir ki, Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi maneəsiz həyata keçirir.

Bunun bariz sübutu 2020-ci ildə 44 günlük müharibə ərzində və müharibədən sonra Azərbaycanın erməni tarixi-mədəni irsinin həndəsi irəliləyişlə artan mənimsənilməsi və məhv edilməsi dövlət siyasətidir, nəticədə bir sıra erməni mənəvi və mədəniyyət abidələri məsələn, Şuşinin Qazançetsots kilsəsi, Mataxisin Surb Eğişa kilsəsi, Stepanakertin Hekimyan küçəsində yerləşən Surb Hakob kilsəsi, Mexakavanın erməni Surb Mariam Astvatsatsin kilsəsi, Surb Hovhannes Mkrtiç kilsəsi(Kanaç jam), Karvaçarın Tsar kəndinin kilsələri Azərbaycan vandalizminin qurbabına çevrilib.

Onun ifadəsi təkcə erməni mənəvi-milli abidələrinin fiziki məhv edilməsi deyil, həm də onların tarixi və məzmununun təhrif edilməsidir ki, bu da erməni abidələrinin albanlaşdırılması siyasəti ilə ifadə olunur.

Bu, beynəlxalq ictimaiyyət tərəfindən dəfələrlə mühaikə edilən  “azərbaycanlıların” regionda yerliləşməsinə ümidsiz, lakin genişmiqyaslı və dövlətpərəst yanaşmadır.

Dağlıq Qarabağ qaçqınlarının hüquqmüdafiə birliyi etnik artsaxlıların siyasi, sosial-iqtisadi və mədəni hüquqlarının müdafiəsini  öz üzərinə götürərək sivil ictimaiyyətin diqqətini Azərbaycanın onilliklər ərzində regionun bütün tarixi-mədəni prosesini açıq şəkildə aldatması hallarına cəlb edir və reallıqla heç bir əlaqəsi olmayan öz vandalizmlərini ört-basdır etmək bəhanəsi ilə səsləndirilən güzgü ittihamlarını qətiyyətlə pisləyir.

Daha çox göstər
Back to top button