BaşlıcaMədəniyyətSiyasət

Erməni Soyqırımı muzey-institutu Azərbaycan tərəfindən Artsax ermənilərinə qarşı zorakılıqları dərindən araşdırır

Erməni Soyqırımı muzey-institutunda 2020-ci ildə açılmış Artsax, Naxicevan və Azərbaycan ermənilərinə qarşı zorakılıqların araşdırılması bölməsi genişləndirilib. “Armenpress”in mətbuat zalında keçirilən mətbuat konfransında Erməni Soyqırımı muzey-institutunun direktoru Edita Qzoyan məlumat verib ki, idarənin heyəti daha 5 əməkdaşla tamamlanıb.

“Onlar son illərdə Dağlıq Qarabağın dinc sakinlərinə qarşı  zorakılıq, irqi ayrı-seçkiliyin təzahürləri, Azərbaycanın düşmənçilik ritorikası, Dağlıq Qarabağda etnik təmizləmələr, məcburi köçkünlük və ermənilərdən tam boşaldılması mövzularının daha dərindən araşdırılması ilə məşğul olacaqlar” – deyə muzey-institutunun direktoru bildirib və əlavə edib ki, məqsəd mövzu haqqında məlumatlılığı artırmaqdır.

Azərbaycan tərəfindən həyata keçirilən mədəni soyqırımı, yəni erməni mədəni dəyərlərinin məhv edilməsi məsələləri Erməni Soyqırımı muzey-institutunun elmi işçilərinin diqqət mərkəzindədirlər.

2023-cü ildə Dağlıq Qarabağda baş verənlər Erməni Soyqırımı muzey-nnstitutunun daim diqqət mərkəzindədir. Muzey-institutun əməkdaşları Dağlıq Qarabağdan məcburi köçkün düşmüş soydaşlarımız arasında faktaraşdırıcı missiyaya cəlb olunmuş, eləcə də ermənilərin deportasiyası, onlara qarşı zorakılıq, nifrət nitqi, erməniyə nifrətin  digər təzahürləri ilə bağlı materialların toplanması və arxivləşdirilməsi istiqamətində işlər aparılmışdır.

Daha çox göstər
Back to top button