Lapşin: “Mənim üçün Mehriban Əliyevanın şəxsi təyyarəsini göndərmişdilər”

Məşhur bloqqer Aleksandr Lapşin “Sputnik Armeniya”-ya müsahibədə Azərbaycanda onun həbs hekayəsini söyləyib.
Azərbaycan öz addımları ilə hara çatdı və Lapşini niyə azad buraxdılar? Lapşin suallara cavab verirkən qeyd edib ki, Bakı sadəcə ondan Artsaxa getdiyi üçün intiqam almaq istəyib, lakin nəticədə ölkənin nüfuzuna böyük ziyan vurub.
“Ən çətin məsələ – Azərbaycanın hərəkətlərinin gözlənilməzliyi idi. Mənim üçün Mehriban Əliyevanın şəxsi təyyarəsini göndərmişdilər. O, lüks bir təyyarə idi və bu çox qəribədir. Onlar mənim bu qədər əhəmiyyətli bir şəxs olduğumu düşünürdülər.
İndi biz mənə qarşı işi kimin başlatdığını və İlham Əliyevin Belarusa müraciyyət etdiyini bilirik. Söz prezidentin yaxın çəvrəsindən olan iki generaldan gedir. Onların adlarını indi vermək istəmirəm. Mənim 2016-cı ildə Bakıya etdiyim səfər məhz onlara ziyan vurub və onlar intiqam almaq üçün bu işə İlham Əlkiyevi belə cəlb edə bildilər.
İlham Əliyev məni azad etməli idi. Mənim üzümdən Azərbaycan nüfuzuna böyük ziyan vurulub. Bundan əlavə, Avropada Azərbaycanın neft dollarlarının yuyulması və avropalı rəsmilərə rüşvət verməsi ilə bağlı Azərbaycanın məşhur “landromatı”. Bir sıra beynəlxalq təşkilatlar Azərbaycana təyziq gösytərmək üçün mənim adımı tətbiq edirlərdi. Beləcə də, əsas sual “azad buraxacaqlarmı” deyil, “nə zaman buraxacaqlar” idi.
Hesab edirəm ki, indi çox maraqlıdır Azərbaycanın hakim klanı dövlət resurslarla bloqqerdən intiqam almaq istəyənlərə necə cəzalandırdı. Məni həbs edərək Bakı oz nüfuzuna o qədər böyük ziyan vurub ki, interpol Azərbaycanın Avropa Parlamentinin Artsaxa gedən 3 deputatına qarşı axtarış başlatma müraciyyətlərini qınadı. Fransalı jurnalistlərə qarşı Azərbaycanın müraciyyətinə dair məhkəmə qərarını da xatırlatmaq istəyirəm. Məhkəmə azərbaycanlıların iddialarını rəd etmişdi”,-deyə lapşin qeyd edib.







