Təhlil

Economist: İnqilabdan daha çox bayram

Economist qəzeti “Ermənistanda inqilab davam edir, müxalifət lideri hökumətə yaxınlaşır” başlıqla məqalədə Ermənistanda baş verən hadisələrə toxundu.

Economist yazır ki, Ermənistandakı hadisələr inqilabdan daha çox bayrama oxşayırdılar. Şinlər yandırmaq, barrikadalar tikmək yerinə gənclər Ermənistan bayrağı ilə küçələrdə rəqs edirdilər və voleybol oynayaraq yolları bağlayırdılar.

“Ümumi tətil idi və səhər 5 yaşlı uşaq boş bir küçədə oyuncaq maşınla oynayırdı. Axşam saatlarında tələbələrlə dolu böyük maşınlar Yerevan küçələri ilə gezirdilər”.

Məqalədə qeyd olunur ki, bu küçə teatrının arxasında gənc erməni nəsillərinin 1991-ci il müstəqillikdən sonra ölkəni idarə edən gvardiyaya qarşı olan məxməri inqilabı vardı.

Bildirilir ki, mayın 1-də iqtidar partiya parlamentdə 3 milyon əhalisi olan post-Sovet ölkəsinin 3 həftə sürən etiraz aksiyaların rəhbəri Nikol Paşinyanı baş nazir seçmədi. Mayın 2-də iqtidar partiya bildirib ki, gələcək həftə keçiriləcək seçkilərdə ona dəstək verəcək.

Daha çox göstər
Back to top button