İctimaiyyət

Azərbaycanın Konstitusiya Məhkəməsi parlamentin buraxılmasına razılıq verdi

Azərbaycan Konstitusiya Məhkəməsi dekabrın 4-də Milli Məclisin parlamentin buraxılması və növbədənkənar parlament seçkiləri keçirilməsi xahişi ilə ölkə prezidentinə müraciətinin Konstitusiyaya uyğun olduğunu təsdiq edib.

Parlamentinin buraxılması təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.

Dekabrın 2-də parlament bu təşəbbüsü dəstəkləyib və prezidentə müvafiq müraciəti qəbul edib. Elə həmin gün Azərbaycanın prezidenti parlamentin müraciətinin Konstitusiyaya uyğunluğunun yoxlanılması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Müstəqil ekspertlər parlamentarilərin təşəbbüsünün qanuniliyinə və konstitusiyaya uyğunluğuna şübhə ilə yanaşıblar. Onların fikrincə, bu halda parlamentin buraxılması üçün Konstitusiyada nəzərdə tutulan hallar yoxdur. Belə ki, deputatlar icra hakimiyyətinin təkliflərini bir dəfə olsun rədd etməyib, qanunlara veto qoymayıb, öz funksiyalarının yerinə yetirilməsindən imtina etməyib.

Daha çox göstər
Back to top button