İctimaiyyət

Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri aclığa başlayıb

Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri Elman Quliyev bu gün aclıq aksiyasına başlayıb. E.Quliyev Facebook səhifəsində yazıb ki, bununla 9 fevral parlament seçkiləri zamanı saxtakarlığa etiraz edir.

12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsində deputatlığa namizədliyini irəli sürmüş E.Quliyev  “ölkə boyunca kütləvi saxtakarlığa” etiraz edir.

Bu gün bir qrup deputatlığa namizəd yenidən MSK-nın binasına gələrək  bir neçə dairədə səsvermənin nəticələrinin ləğvini tələb edib.

Polis onların toplaşmasına icazə verməyib və binadan uzaqlaşdırıb.

Daha çox göstər
Back to top button